DİN-dən açıqlama: "Zuqdidi şəhərində Bankı soyan şəxsin kimliyi müəyyənləşdirildi"

Gürcüstan Daxili İşlər Nazirliyi, 21 oktyabrda Zuqdidi şəhərində "Bank of Georgia"nın qarət edilməsi ilə bağlı aparılan istintaq barədə məlumat yayıb.

24News.ge xəbər verir ki, Nazirliyin məlumatına görə, soyğunçuluq edən şəxsin şəxsiyyəti müəyyənləşib.

Daxili İşlər Nazirliyi mediaya və ictimaiyyətə cinayət törədən şəxsin şəxsiyyətini və şəklini müxtəlif mənbələr vasitəsilə yaymamağa çağırır:

"21 oktyabrda Bank of Georgia-nın Zuqdididə qarət edilməsi ilə bağlı davam edən istintaq barədə ictimaiyyətə əlavə məlumat vermək istəyirik. Daxili İşlər Nazirliyi kompleks istintaq-əməliyyat və istintaq tədbirləri nəticəsində soyğunçuluq edən şəxsin kimliyini müəyyənləşdirib. Daxili İşlər Nazirliyi medianı və bütün ictimaiyyət nümayəndələrini cinayətkarın şəxsiyyətini və şəklini müxtəlif mənbələr vasitəsilə bildikləri təqdirdə bu məlumatları yaymamağa çağırır, çünki bu davam edən istintaq tədbirlərinə mane olacaq.

Polis tərəfindən müəyyənləşdirilən şəxsin harada olduğunu təyin etmək üçün hüquq-mühafizə orqanları tərəfindən bu günə qədər xüsusi əməliyyat, istintaq və əməliyyat-axtarış tədbirləri aparılır", - deyə Nazirlik açıqlamasında bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi sözügedən soyğunçuluq faktı ilə bağlı cinayət məcəlləsinin 144-cü, 179-cu və 236-cı maddələrinin müvafiq bəndləri əsasında istintaq başladıb. Nazirlik mütamədi olaraq əlavə məlumatların veriləcəyini bildirib.