ABŞ tarixində rekord: Dövlət borcu 35 trilyon dolları ötdü

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Departamentin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” cədvəlində iyulun 29-na olan məlumata görə, məbləğ 35 trilyon dollar olaraq göstərilib. Bu, rekord göstəricidir.

Yanvarın əvvəlindən isə 34 trilyon dolları ötmüşdü.