DSX həmin görüntülərlə bağlı açıqlama yaydı

Sosial şəbəkələrdə DSX-nın əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
DSX-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb.
Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:
“Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir” , - qurumdan məlumat verilib.