Son sutkada Qırğızıstanda 565 nəfər COVID-19-a yoluxub


Qırğızıstanda COVID-19-a yoluxanların sayı artıb. Dünən yoluxma sayı 484 olmuşdusa, bu gün 565-dir. Beləliklə ölkədə viruslu xəstələrin sayı 59 min 443 nəfər təşkil edir.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda virusdan 5 xəstə ölüb, bununla da vəfat edənlərin sayı 1150-i olub.

Bildirilir ki, son sutkada 426, ümumiyyətlə isə 50 min 429 pasiyent sağalaraq evə buraxılıb. Son gündə 3, ümumiyyətlə isə 3 min 616 tibb işçisində virus aşkar edilib, onların 3 min 335-i sağalıb.