Ermənistanda koronavirusa yoluxma və bu virusdan ölənlərin sayı kəskin artır


Ermənistanda koronavirusa yoluxanların sayı və bu virusdan ölənlərin sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2441 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 92 min 254-ə yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı daha 22 nəfər artaraq 1363-ə çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı daha 6 fakt artaraq 373 olub.

Hazırda Ermənistanda 34 min 691 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.