Türkiyədə bir gündə 2 min 213 nəfərdə virus aşkarlanıb



Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı gündəlik yoluxmada artım davam etməkdədir. Kütləvi tədbirlərə, məhdudiyyətlərə, maska taxmaq, sosial məsafə saxlamaq kimi tələblərə baxmayaraq virusun yayılma sürətinin azalmasında ciddi nəticələr nəzərə çarpmır.

AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 31-də ölkə üzrə 124 min 109 nəfər üzərində infeksiyaya qarşı yoxlama aparılıb, 2 min 213 nəfərdə virus aşkarlanıb. Sutka ərzində 75 nəfər ölüb, 1506 nəfər sağalıb. Bu vaxtadək ölkə üzrə 375 min 367 nəfər infeksiyaya yoluxub, 10 min 252 nəfər xəstəlikdən ölüb.

Qeyd edək ki, iyun ayında Türkiyədə COVID-19 infeksiyasına gündəlik yoluxma sayı min nəfərdən aşağı düşmüşdü.