Bayden Trampın qərarını ləğv etdi: Transgenderlər orduda xidmət edəcəklər

ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

“Korrespondent” nəşri xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə danışıb.
Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.