Türkiyədə bir neçə tarixi abidə aşkarlandı - FOTO

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda aparılan qazıntı işləri zamanı yaşı 2400 il olan məzar aşkarlanıb.

Kult.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun iştirakı ilə açılan daş məzarın Mavsol dövrünə aid olduğu bildirilir. Təxminən iki metr uzunluğundakı məzarın çəkisi bir tondur. Açılan məzardan o dövrə aid iki nəfərin skeleti ilə yanaşı, güldan və digər əşyalar aşkarlanıb.

Mövzu ilə bağlı açıqlama verən nazir tarixi ərazidə aşkarlanan bu məzarın indiyədək açılmadığını və bütöv olduğunu, buradan tapılan insan qalıqlarının isə bir qadın və bir kişiyə aid edildiyini bildirib. Adıçəkilən ərazinin o dövrə aid qəbiristanlıq olduğunu bildirən nazir qazıntıların davam etdiriləcəyini, burada yeni qiymətli əşyaların da tapılacağı ehtimalının olduğunu vurğulayıb.

Ərazi şəhərin Sualtı və Arxeoloji Muzeyi tərəfindən nəzarətə götürülüb.