Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən Gürcüstanın iqtidar və müxalifət partiyalarına təklif edilən yeni sənədə əsasən, parlamentdə güc bölgüsü baş tutmalıdır.
24News.ge xəbər verir ki, sənəddə parlamentin 5 komitəsində müxalifət nümayəndlərinin rəhbər olaraq təmsil olunması nəzərdə tutulur.
Müxalifət nümayəndlərinin rəhbər olaraq təklif olunan komitələri aşağıda sizə təqdim edirik:
● Hüquq məsələləri üzrə komitə;
● İnsan hüquqları üzrə komitə;
● Maliyyə-büdcə komitəsi;
● Xarici əlaqələr komitəsi;
● Prosedur məsələləri və qaydalar üzrə komitə.
Təklifə əsasən, Gürcüstanın xaricdəki dörd deleqasiyasından birinə müxalifət rəhbərlik edəcək. Həmin deleqasiyalar bunlardır:
Evronest parlament asambleyası, Gürcüstan - Avropa İttifaqı parlament asosyasiyası, ATƏT və Avropa Şurası parlament assambleyası.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, növbədənkənar seçkilər və siyasi məhbuslarla bağlı da təklif irəli sürüb.