Sabiq prezidentə vaksinə görə cəza verildi

Perunun sabiq prezidenti Martin Viskarraya 10 il ərzində dövlət vəzifələrini tutmaq qadağan edilib.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, buna səbəb Viskarranın koronavirus peyvəndini növbədənkənar şəkildə tətbiq etməsi olub.

Qeyd edək ki, sabiq prezident Peruda VIP-vaksinlərlə bağlı qalmaqalın iştirakçılarından biridir. Sözügedən qalmaqal Perunun bir çox nazir və dövlət məmurunun "Sinofarm" (Sinopharm) vaksinini ölkə ictimaiyyətinə təqdim edilməzdən öncə tətbiq etmələri ilə bağlıdır.