Rusiya hərbi təlimlərini dayandırır

Rusiya Müdafiə Nazirliyi ölkənin cənubunda və qərbində təlimlərdə iştirak edən Rusiya qoşun bölmələrinin geri qayıtması barədə qərar qəbul edib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. 
 Təlimin əsas mərhələsi Opuk Krım poliqonunda baş tutub. Hazırlıqlara on mindən çox hərbçi, 40-dan çox gəmi və qayıq, 200 təyyarə cəlb edilib.