Arçil Talakvadze siyasətdə qalacaq: O, parlament sədrinin müavini olacaq


Gürcüstan parlamentinin sabiq sədri Arçil Talakvadze siyasətdə qalacaq. O parlament sədrinin müavini olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, Arçil Taakvadzenin parlamentin sədri vəzifəsindən istefa verməsi onun siyasətdən getməsi demək deyil.

“A.Talakvadze partiyanın fəal üzvüdür və parlamentin sədr müavini postunu tutacaq, partiyanın fəal üzvü kimi siyasi fəaliyyətini davam etdirəcək”, – deyə Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Arçil Talakvadze aprelin 24-də vəzifəsindən istefa verib. O, istefanın səbəbini açıqlamayıb.