Putin Jirinovskini ordenlə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin 1-ci dərəcəli Vətənə xidmət ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmanın mətni Kremlin saytında yerləşdirilib.

“Rusiya dövlətçiliyinin möhkəmləndirilməsinə, parlamentarizmin inkişafına və fəal qanunvericilik fəaliyyətinə verdiyi böyük töhfələrə görə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vladimir Volfoviç Jirinovski 1-ci dərəcəli Vətənə xidmət ordeni ilə təltif olunsun”, - fərmanda qeyd olunub.