Baydenlə Putinin görüşü ilə bağlı dəqiqləşdirmələr aparılır

Baydenin Putinlə görüşü iyun ayında olacaq.

Bu fikri Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında səsləndirb. Sherg.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Uşakov prezidentlər arasında baş tutacaq görüşün tarixi ilə bağlı dəqiqləşdirmələr aparıldığını, lakin bununla əlaqədar hələ ki, məlumat verə bilməyəcəyini deyib: “Hələ ki, bunu deməyim. İyun... İyun hər halda”. Uşakov qeyd edib ki, sammitə hazırlıq hələ başlamayıb, lakin siqnal “alınıb”. “Bir çox faktorlardan asılı olaraq qərar alınacaq”.

Qeyd edilir ki, ABŞ prezidenti Putinə üçüncü bir ölkədə görüşməyi təklif edib. Rusiya XİN başçısı S.Lavrovun sözlərinə görə, rəsmi Moskva təklifi müsbət qarşılayır.