Aldadıldığını “Google”dan öyrəndi - Hekayəsi baxılma rekordu qırdı


Təsəvvür edə bilirsiniz? Ər şəhərin körpüsünə gedəcək yolu “Google Xəritə” sistemində axtarışa verir. “Xəritə”də axtardığı küçə ilə birgə xanımını da tapır. Həm də başqasının qucağında!

Sherg.az  “Ahaber”ə istinadən bildirir ki, hadisə Peruda yaşanıb. Perunun paytaxtı Limada yaşayan bir nəfər onu körpüyə aparacaq ən qısa və rahat yolu “Google Xəritə” sistemi ilə axtarışa verib. Xəritənin göstərdiyi küçə qarşısına çıxdıqda isə həmin küçədə bir qadınla kişinin çox səmimi şəkildə skamyada əyləşmiş fotosunu görür. Foto marağına səbəb olur, diqqətlə baxdıqda fotodakı qadının  özbəöz həyat yoldaşı olduğunu anlayıb dəhşətə gəlir. Fotoda görünür ki, qadının yanındakı kişi başını xanımının dizləri üstə qoyub. Həyat yoldaşına xəyanət edən qadının fotoları və bu hekayə Facebookda paylaşım rekordu qırıb.  Ümumiyyətlə son zamanlar “Google”da paylaşılan küçə fotolarında əks olunmuş qəribə mənzələr dünyanın diqqətini çəkir. Onlardan biri də Peruda baş vermiş bu xəyanət hadisəsidir. Maraqlıdır ki, bu hadisə - qadının həyat yoldaşına xəyanəti 2013-cü ildə baş verib. Kişi isə bundan illər sonra  “Google Xəritə” sistemi vasitəsilə xəbər tutub. Yeri gəlmişkən, xəyanət ortaya çıxınca ər və arvad boşanıblar. 
Məlahət