ABŞ Rusiyaya görə gizli təyyarəni havaya qaldırdı

ABŞ-ın kəşfiyyat təyyarəsi olan U-2 Rusiya-Ukrayna sərhədində yaranan gərginliyə görə, Böyük Britaniyanın "Fairford" avibazasından havaya qalxıb.

Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" qəzeti məlumat yayıb.

Məlumata əsasən, gizli casus təyyarə Avropada kəşfiyyat missiyasına başlamaq üçün İngiltərədən uçuşa başlayıb. Bildirilir ki, U-2-nin regiona göndərilməsi Rusiya qoşunlarının ölkənin cənub və qərbindəki miqyaslı təlimlərdən sonra daimi dislokasiya məntəqələrinə qayıtmağa başlamasından sonra baş tutub.