Nigeriyada 9 təhlükəsizlik əməkdaşı öldürüldü

Nigeriyada azı 9 təhlükəsizlik əməkdaşı naməlum silahlı qruplaşma üzvləri tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə "Vanguard" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Overri-Xarkort şəhərləri arasında yerləşən nəzarət-buraxılış məntəqəsində terrorçuların hücumu zamanı baş verib.

Onlar həmçinin silahları və xidməti maşını oğurlayaraq ərazidən uzaqlaşıblar.