Şəhid oğulunun atasına məktubu ürək dağladı

"Canım atam, bütün uşaqlar "ata" deyərkən mən içimdə ata deyirəm"

Türkiyənin Kayseri şəhərində 6 yaşlı Ahmet Eren Altunok,  "Atalar Günü"ndə anası və qardaşıyla birlikdə şəhid atası Zekeriya Altunokun məzarını ziyarət edib. Burada yazdığı duyğu dolu məktubu oxuyan Ahmet Altunok, "Sən dünyanın ən yaxşı atasısan. Sən mənim həmişə ürəyimdəsən" deyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Zekeriya Altunok 22 oktyabr 2019-cu ildə Ağrı Doğubayazıtda PKK tərəfindən təşkil edilən raketli hücum nəticəsində şəhid olub. 2 uşaq atası Altunok Kayseridə torpağa tapşırılıb.

6 yaşlı Ahmet Eren Altunok "Atalar Günü"ndə atasına yazdığı məktubda bunları qeyd edib:



"Canım atam, mənə oyun oynadan atam, mənimlə güləş edən atam. Ata, səni çox sevirəm. Sən olmasan həyat çox çətindir. Sən anama kömək edərdin. Nahar edərdin, məni parka aparardın və məni yelləncəkdə yelləyərdin. Canım atam, bütün uşaqlar "ata" deyərkən mən içimdə ata deyirəm. Sənsiz çox darıxırıq. Məni yatırtmağını, nağıl oxumağını, hamısı üşün darıxdım. Ata, məktubumu bitirdim. Sən dünyanın ən yaxşı atasısan. Sən mənim həmişə ürəyimdəsən. Allahım, atama qovuşmaq istəyirəm. Amin"