Tramp: Çin artıq bütün sübutları məhv edib

Çin hakimiyyəti koronavirusun Uhandakı laboratoriyadan yayılmasını təsdiqləyən dəlilləri artıq məhv edib.
"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
O, virusun Uhandakı laboratoriyadan yayıldığına əvvəldən əmin olduğunu bildirib:
"Düşünürəm ki, bu təsadüfən idi. Halbuki belə düşünməyənlər də var".
Qeyd edək ki, Çin hökuməti COVİD-19 virusunun mənbəyi ilə bağlı araşdırma aparmaq istəyən beynəlxalq ekspertləri Uhandakı laboratoriyaya buraxmaqdan yayınır.