Silahlı şəxslər magistral yolda 15 nəfəri öldürdülər

Burundi mərkəzindəki yolda naməlum silahlı qrup tərəfindən ən azı 15 nəfər öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Afrika xəbər xidməti məlumat yayıb.

Məlumata görə, yaraqlılar Maramviya ərazisindəki magistral yolu bağlayaraq yaxınlaşan avtomobillərə və avtobuslara atəş açıblar.

Hadisə zamanı 15 nəfər ölüb, daha 15 nəfər yaralanıb, altısının vəziyyəti isə ağırdır.