Moskvada rekord istilər: Hələ davam edəcək...

İyunun 27-də Rusiyanın paytaxtı Moskvada rekord dərəcədə istilik qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib.

"Adətən saat 14-16 arası rekord qeydı alınırdı, bu gün artıq saat 11-də 32.2 dərəcə temperatur qeydə alınıb. Temperatur hələ də artacaq", - Vilfand bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə belə yüksək temperatur 2013-cü ildə qeydə alınıb.