İsveçin Baş nazir tutduğu vəzifədən istefa verib

İsveçin Baş naziri Stefan Löfve parlamentin sədrinə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

TASS agentliyi xəbər verir ki, Stefan Löfven bunu mətbuat konfransında elan edib.
“Spikerdən məni Baş nazir vəzifəmdən azad etməsini xahiş etdim. Spiker yeni hökumət qurmağa çalışacaq”, - deyə S.Löfven söyləyib.

Qeyd olunur ki, Stefan Löfvenin istefasından sonra parlamentin sədri və İsveçin siyasi partiya liderləri arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlar başlayacaq.