Daha bir ölkə Türkiyə PUA-ları alacaq

Albaniya da öz daxili və xarici təhlükəsizliyini gücləndirmək üçün Türkiyə istehsalı olan pilotsuz uçuş aparaltarı - PUA-lardan alacaq.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Albaniya Parlamenti bununla əlaqədar dövlət büdcəsindən 8,2 milyon avro vəsait ayırıb.

Qeyd edək ki, daha əvvəl iki ölkənin rəsmiləri arasında bununla bağlı müakirələr aparılıb və razılıq əldə edilib.