Bolqarıstanda “sarı” təhlükə kodu elan olunub

Bolqarıstanda isti hava şəraitinə görə ölkə ərazisində “sarı” təhlükə kodu elan olunub.

AZƏRTAC xəbər verir ki, milli meteorologiya və hidrologiya institutunun məlumatına əsasən, havanın hərarəti 37 dərəcədən artıq olacaq. İsti hava şəraitini nəzərə alaraq iş yerlərində xüsusi tədbirlər həyata keçirilir, təhlükəsizlik məsələlərinə riayət olunur.