“Al Arabiya”: “Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirib


Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

"Taliblər"in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.

Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

Hazırda Əfqanıstanda keçid hökuməti yaradılıb. Keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri Əli Əhməd Cəlali rəhbərlik edəcək.