Bayden və Zelenski nələri müzakirə edəcək?-AKTUAL ŞƏRH

ABŞ Prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyi tarix açıqlanıb. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. Bildirilib ki, tərəflərin görüşü 31 avqustda gerçəkləşdiriləcək.

Politoloq Natiq Miri tərəflər arasındakı görüş barədə “Sherg.az”a danışdı.


Onun fikrincə, əsas məsələ rəsmi Kiyevin təhlükəsizliyi olacaq:

“Tərəflər arasında hərbi əməkdaşlıq müzakirə ediləcək. Çünki Ukraynanın yeni silahlara ehtiyacı var. Vaşinqton bu məsələdə Kiyevə yardım edə bilər. İkinci bir tərəfdən, iqtisadi əlaqələr gündəmə gətiriləcək. Ukrayna və Rusiyanın Almaniyaya çəkdiyi “Şimal axını-2” kəmərinin Ukraynaya ciddi ziyan vurmayacağı deyilsə də, həmin dövlətin bu barədə ciddi narahatlığı var. Yəqin, Zelinski bu nigaranlığını Baydenlə bölüşəcək. Ən əsas məsələlərdən biri də Ukraynanın təhlükəsizliyidir. Bu, ABŞ-la Rusiyanın münasibətlərindən asılıdır. İndiki halda Kiyev Moskva və Vaşinqton arasında “alış-veriş” predmetinə çevriləcəyindən qorxur”.