Üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib.

Müstəntiqlər hadisə yerində araşdırmaya başlayıb.

Qeyd edək ki, Viktoriya iyunun 18-də bölgənin Kazar kəndində itkin düşüb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.