Bayden ailəsinin kölələri olub 

ABŞ Prezidenti Co Bayden və ailəsi haqqındakı kitabda Baydenin atası və babasının kölələri olduğu qeyd edilib.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, ABŞ prezidentinin atasının 14 yaşında uşaq köləsi olub.
Jurnalist Ben Skerçinqin “Politico” adlı kitabında Baydenin babası, Katolik İrlandiya kökləri ilə fəxr edən Jesse Robinettin 1800 -cü illərdə Merilenddə iki kölə sahibi olduğu yazılıb. Baydenin digər babası Tomas Randlenin də 1850 -ci ildə Baltimorda bir uşaq köləyə sahib olduğu söylənilir.

 Yeganə Bayramova