ABŞ İran, Livan və Küveyt vətəndaşlarına sanksiya tətbiq edib

ABŞ Livandakı “Hizbullah” və İranın İnqilab Keşikçiləri Qvardiyası ilə əlaqədar olan 12 nəfərə sanksiya tətbiq edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyə Nazirliyi sentyarbın 17-də açıqlama yayıb.
Açıqlamaya əsasən, onların 6-sı İran, 4-ü Küveyt, 2-si isə Livan vətəndaşlarıdır.