Filippində qumbara partlaması nəticəsində yaralananlar var

Filippinin Mindanao adasında qumbara partlaması nəticəsində azı 8 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum şəxs voleybol matçının keçirildiyi idman zalına qumbara atıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.