Saakaşvili Gürcüstanda saxlanıldı

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.
"Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər".
"Sherg.az" APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi.