Əfqanıstanda naməlum silahlılar "talib"lərə hücum edib, ölənlər var


Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində naməlum silahlılar “talib"lərə hücum ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, iki silahlı şəxsin "Taliban"a məxsus "Corolla" markalı avtomobilə hücumu zamanı hərəkatın 5 üzvü öldürülüb.

Hücumun Cəlalabadda Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin yaxınlığında baş verdiyi bildirilir.