Almaniyada koronavirusdan ölənlərin sayı 100 min nəfərə çatır


Ötən sutka ərzində Almaniyada yeni növ koronavirusa (COVİD-19) 42 727 yoluxma halı qeydə alınıb, 75 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Almaniya Səhiyyə Nazirliyinin nəzdindəki Roert Kox adına İnstitut məlumat yayıb.
Bununla da indiyə qədər ölkədə COVİD-19-a yoluxma hallarının sayı 5 354 942-ə, ölənlərin sayı 99 062 nəfərə çatıb.