Almatıda 12 polis öldürülüb: birinin başı kəsilib


Daha 353 asayiş keşikçisi xəsarət alıb
“Almatıda etirazçılarla toqquşmada Qazaxıstanın 353 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb,12 nəfər həlak olub”.
“Sherg.az” “Tacc.ru”ya istinadən bildirir ki, bu barədə “Xəbər-24” telekanalı şəhər komendantlığına istinadən məlumat yayıb.
Xəbərə görə ölənlərdən birinin başı kəsilib:
"Bu, quldur birləşmələrinin terrorçu və ekstremist xarakter daşımasının sübutudur".