"Qazaxıstan hakimiyyəti Qırğızıstanla sərhəddə yerləşən daha üç keçid məntəqəsini bağlayıb".
"Sherg.az" "Tacc.ru"ya istinadən xəbər verir ki, hazırda iki dövlətin sərhədindəki 7 keçid məntəqəsindən yalnız ikisi fəaliyyət göstərir.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.