Qaçaq bankir Ablyazov özünü Qazaxıstanda “etiraz lideri” adlandırdı – Parisdən gələn etiraf!

Muxtar Ablyazov deyib ki,Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar

Xaricdə yaşayan “Bank Turan Alem” ASC-nin (BTA Bank) keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstanda “müxalifət və etiraz hərəkatının lideri” adlandırıb. 
“Sherg.az” “Tacc.ru”ya istinadən xəbər verir ki, qaçaq bankir bu barədə cümə günü “Reuters” agentliyinə müsahibəsində bildirib.

M.Ablyazov qeyd edib ki, Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar. O, həmçinin bildirib ki, etiraz aksiyası “doğru işıqlandırmaya çatarsa” “müvəqqəti hökumətə” rəhbərlik etmək üçün Qazaxıstana qayıdacaq. Parisdə müsahibə verən bankir etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da əlavə edib.