“Qazaxıstanda baş verən iğtişaşlar dövlət çevrilişinə cəhddir”.
“Sherg,az” “Tacc.ru”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının videobağlantı vasitəsilə keçirilən fövqəladə iclasında bildirib.
O qeyd edib ki, respublikada iğtişaşlar çoxdan hazırlanırdı:
"Hadisələr haqqında tam təsəvvürə malik olaraq, məsuliyyətlə bəyan edə bilərəm ki, bu ilin əvvəlindən bu yana baş verən bütün hadisələr bir zəncirin halqalarıdır. Onlar vahid dağıdıcı plana tabedirlər. Həmin qüvvələr dəfələrlə sabitliyi pozmağa və iğtişaşlar törətməyə cəhdlər edib”.
Onun sözlərinə görə, Qazaxıstanda iğtişaşlar dalğası “sanki bir komanda ilə” baş tutub:
“Ölkədəki birləşmələr silah və hərbi texnikanı ələ keçirməyə çalışır. Qazaxıstanda hüquq-mühafizə orqanlarının 16 əməkdaşı həlak olub, mülki vətəndaşların sayı dəqiqləşdirilir”.
Bundan əlavə, o, Qazaxıstanda baş verən iğtişaşlarda terrorçuların, o cümlədən xarici silahlıların birbaşa iştirakını açıqlayıb:
“Terrorçular xüsusi qəddarlıqla hərəkət ediblər və iki hərbçinin başını kəsiblər. Qazaxıstan daha sonra dünyaya terror aqressiyasının hazırlanmasına dair sübutlar təqdim edəcək. Ölkədə konstitusiya quruluşu bərpa olunub. Yanvarın 11-də parlamentdə respublika hökumətinin yeni tərkibinə namizədləri təqdim etmək niyyətindədir. Sabah hökumətin yeni tərkibi ilə bağlı təklifləri parlamentə təqdim edəcəyəm, sosial-iqtisadi sahədə kəskin problemlərin həlli ilə bağlı konkret vəzifələr qoyacağam”.
Tokayev bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün dövlətləri iğtişaşlarla bağlı respublikanın yardım çağırışını dəstəkləyərək vahid cəbhə kimi çıxış ediblər:
“Əslində bu, ilk dəfədir ki, KTMT-nin sülhməramlı potensialından faktiki olaraq üzv dövlətlərdən birinin təhlükəsizliyini, sabitliyini və bütövlüyünü təmin etmək üçün istifadə olunur. Bu, bizim üçün təkcə hərbi deyil, həm də hər şeydən əvvəl mənəvi dəstək prinsipial olaraq vacibdir. Bütün üzv dövlətlər vahid cəbhə kimi çıxış edərək Qazaxıstanın müraciətini qətiyyətlə dəstəkləyiblər”.