Qazaxıstanda saxlanılan 4 nəfər qırğız azad ediləcək

Qırğızıstan Qazaxıstanda saxlanılan 4 vətəndaşının azad edilməsi ilə bağlı  razılığa gəlib.
"Sherg.az"  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, Qazaxıstan Respublikasında əvvəllər saxlanılmış Qırğızıstan Respublikasının vətəndaşları Z.Yuburov, A.Xurov, A.R.Djişanlo, İ.Maçonun həbsdən azad edilməsi ilə bağlı Qazaxıstanla razılıq əldə olunub.
Onun sözlərinə görə, Almatı şəhərindən 150 Qırğızıstan vətəndaşının ölkəyə qaytarılması da təşkil olunub.
Nazirliyin məlumatında qeyd olunub:
“Həmin vətəndaşlar Qırğızıstan Respublikasının Baş Konsulluğu tərəfindən təşkil olunmuş avtobuslarla Almatıya, “Ak-Jol” keçid məntəqəsinə gələcəklər. Oradan da Qırğızıstan Respublikasının avtobusları ilə ölkəyə aparılacaqlar”. 

Xanlar ƏLİBƏY