Jirinovskidən iddia: "Nazarbayev  çoxdan dünyasını dəyişib və  dəfn edilib"

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan dünyasını dəyişdiyini və dəfn edildiyini bildirib.

Sherg.az 24News.ge-ə istinadən  xəbər verir ki, bu barədə Jirinovski mətbuata verdiyi müsahibəsində bildirib.

"Məncə, o, çoxdan vəfat edib. Çoxdan ölüb və basdırılıb. İnsan öləndə onu həmin gün dəfn edirlər.

Belə sakitcə gizlənib, heç nə danışmamaq onun sağ qalması haqda sizə heç nə demir? Üstəlik, dövlət təhlükəsizlik komitəsinin sədri də dərhal həbs olundu”, - deyə Jirinovski bildirib.