Təbrizdəki məktəblərdə tədris dayandırılıb


Təbrizdə və ətraf ərazilərdə məktəblərdə dərslər dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, buna güclü qar və soyuq hava şəraiti səbəb olub.
Məlumatda bildirilir ki, distant təhsil alan şagirdlərin dərsləri və imtahanlar müəyyən olunmuş vaxtda təşkil olunacaq.