Yaponiyada koronavirusa gündəlik yoluxma sayı ilin əvvəlindən bəri 50 dəfə artıb


Yaponiyada koronavirusa sutkalıq yoluxma sayı 2021-ci ilin avqustundan sonra ilk dəfə 25 min səviyyəsini ötüb.

AZƏRTAC Kyoda agentliyinə istinadla xəbər verir ki, Yaponiyada son 24 saatda 25 min 630 yoluxma halı aşkarlanıb. Beləliklə, ümumi yoluxma sayı 1 milyon 859 min 973-ə çatıb. Bəzi bölgələr isə öz gündəlik rekordlarını yeniləyib. Cənub-şərqdəki Osaka şəhərində 3 min 692, cənubda yerləşən Okinava adasında 1829, Hirosimada isə 1000-dən çox yoluxma qeydə alınıb.

2022-ci il yanvarın 1-də təsdiq edilmiş yoluxma sayının 457 olduğu nəzərə alınarsa, son iki həftədə gündəlik yoluxma halları 50 dəfədən çox artıb.

Ölkədə indiyədək ən yüksək gündəlik yoluxma sayı 2021-ci il avqustun 20-də 25 min 992 olaraq qeydə alınmışdı.