Rusiya heç vaxt heç kimlə Kalininqrada raket yerləşdirib-yerləşdirməyəcəyi məsələsini müzakirə etməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Ona görə ki, Kalininqrad Rusiya ərazisidir”, - Peskov bildirib.
Onun sözlərinə görə, rus hərbçilər Donbasda və ümumiyyətlə Ukrayna torpağında mövcud deyil:
“Rusiya heç kimi hərbi fəaliyyəti ilə təhdid etmir, ancaq əks-tədbirlərə hazırdır”.
Qeyd edək ki, Rusiyanın Kalininqrada nüvə başlığı daşımaq imkanına malik İsgəndər-M raketlərini yerləşdirməsi Avropada narahatlıqla qarşılanmışdı.