BMT koordinatoru Türkiyədə faciəli şəkildə öldü

Türkiyənin Ərciyəs dağ-xizək kurortunda xilasedicilər tərəfindən BMT əlaqələndiricisinin meyiti aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Hüriyyət” məlumat yayıb.

Bildirilib ki, Qaziantepdən Kayseriyə gələn 3 nəfər Hisarcık Qapı vadisində xizək sürərkən qar uçqunu altında qalıb. Onlardan ikisi xilas edilsə də, digərinin axtarışları mənfi 25 dərəcə soyuqda bir müddət davam etdirilib. Daha sonra meyit tapılıb və ölən şəxsin Kanada vətəndaşı, BMT koordinatoru Mayk Krift olduğu müəyyən edilib.