Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Ukraynaya qayıdıb - YENİLƏNİB

Ukraynanın eks-prezidenti Pyotr Poroşenko Ukraynaya qayıdıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, onun göyərtəsində olduğu Varşava-Kiyev reysi ilə uçan təyyarə artıq Kiyevin Borispol hava limanında eniş edib.

Bir neçə saatdan sonra dövlətə xəyanətdə ittiham olunan Pyotr Poroşenkonun məhkəməsi başlayacaq.