Kiyevin meri Vitali Kliçko ikinci dəfə koronavirusa yoluxub

Kiyev şəhər meri Vitali Kliçko ikinci dəfə koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, bu barədə Kliçko Telegram kanalında məlumat verib.

"Xəbər məni məyus etdi. Mən COVID-19 üçün müsbət test nəticəsi aldım, ikinci dəfədir ki, koronavirusa yoluxuram. Mən peyvənd olunduğum üçün xəstəliyin yüngül gedişinə ümid edirəm. Özümü təcrid etdim, müalicə olunuram və evdə işləyirəm", deyə Kliçko əlavə edib.

Qeyd edək ki, son vaxtlar Ukraynada koronavirusa yoluxma halları yenidən artmaqdadır.