İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bunu nazirin özü bu gün Tehranda keçirilən tədbirə video-format qaydasında qatılmağının səbəbini açıqlayarkən deyib.
Nazirin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgiyə qatılıb və orada koronavirusa yoluxub: “Həkimlərin tövsiyəsi ilə müalicəmi evdə davam etdirirəm”, - deyə o bildirib.
Qeyd edək ki, İranın mədəniyyət və islami irşad naziri 14 yanvarda BƏƏ-də Dubay Ekspo sərgisinə qatılıb.