SON DƏQİQƏ: Rus əsgər 10 min dollar qarşılığında  tankı ilə birlikdə təslim oldu

 Rus ordusuyla Ukraynanın işğalına girişən əsgərlərdən biri, Ukraynanın elan etdiyi pul mükafatının qarşılığında tankıyla birlikdə təslim oldu.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna daxili işlər nazirinin məsləhətçisi Viktor Andrusiv, "Facebook" hesabından adının Mişa olduğunu söylədiyi əsgərin yerdə uzanmış halda çəkilmiş fotosunu paylaşıb.

Rus əsgərin istifadə etdiyi tankla görüş yerinə gəldiyini qeyd edən Andrusiv, tankın PUA-larla izlənildiyini də bildirib.

Ukraynalı səlahiyyətliyə görə, rus əsgər tankdakı digər yoldaşlarının cəbhə xəttindən qaçdığını söyləyib.

Qeyd edək ki, Ukrayna ordusu silahıyla təslim olacaq rus əsgərlərinə 10 min dollar mükafat vəd etmişdi.

Turan