Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük tələbini geri çəkmək üçün şərtlərini açıqlayıb.
“Sherg.az” xəbər verir ki, V.Zelenski Rusiya qoşunlarının çıxarılması, atəşkəsin əldə olunması və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi şərti ilə ölkəsinin NATO üzvlüyündən imtina etməyə hazır olduğunu bildirib.
Ukrayna televiziyasında yayımlanan müsahibədə Zelenski bunun, NATO məsələsində Ukrayna ilə nə edəcəyini bilməyən Qərb, təhlükəsizliyini təmin etmək istəyən Ukrayna və NATO-nun daha da genişlənməsini istəməyən Rusiya üçün bir kompromis olduğunu vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara çağırışını təkrarlayan Zelenski deyib ki, Putinlə görüşməyincə Rusiyanın müharibəni bitirmək istəyib-istəmədiyini anlamaq mümkün deyil.