Çeçenistan prezidenti Ramzan Kadırovun Ukraynaya müdaxilənin ilk günündən Rusiyaya dəstək verməsi çeçenlərlə ukraynalılar arasında gərginliyi son həddə çatdırıb. Bu səbəbdən Ukraynanın bir milyon əhalisi olan Dnepr şəhər merinin müavini Mixailo Lisenko sosial şəbəkədə bununla bağlı paylaşım edib.
“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, M.Lisenkonun bu paylaşımı mövcud olan gərginliyi daha da alovlandırıb. Lisenko açıqlamasında öz ərazilərində öldürülən çeçenlərə donuz dərisi tikilərək basdırılacağını bildirib:
"Biz rəsmi olaraq qərar qəbul etmişik. Dnepropetrovsk vilayətində öldürülən bütün Kadırovçular (çeçenlər) donuz dərisinə tikiləcək və bu şəkildə basdırılacaq. Şəhərimizin ət fabriklərinə təşəkkür edirik. Görək, onlar belə dəfn olunduqda cənnətə gedə biləcəklərmi? Məxluqlar."
Bu sözləri Ukrayna Baş Qərargahı da Mixailo Lisenkoya istinad edərək rəsmi sosial media hesabında paylaşıb.