108 yaşında koronavirusa qalib gəldi - FOTO

Türkiyənin Rize şəhərində  25 günlük müalicədən sonra koronavirusa qalib gələn Gülten Saruhan (108) "Biz bu xəstəlikdən xilas olduq, insanlar diqqətli olsunlar, bu xəstəlikdən birgə xilas olaq" deyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 4 övladı və 11 nəvəsi olan Gülten Saruhan keçən ay burun axması və öskürək şikayəti ilə xəstəxanaya müraciət etmiş və Covid-19 testi müsbət çıxmışdı. Saruhan  25 günlük müalicədən sonra  evə buraxılıb.


Sağlamlığına qovuşan  və evdə dincələn Gültən Saruhan, yaşının çox olmasına baxmayaraq, koronavirusdan sağ çıxdığını ifadə edərək, "Evdə çox öskürdüm, sonra xəstəxanaya apardılar. Həkimlər baxdı, indi  yaxşıyam" deyə bildirib.

Anasının analizi müsbət çıxanda çox qorxduqlarını açıqlayan Birsen Kalyoncu, "Əvvəlcə burnu axmağa başladı, öskürək artdı. Qida əlavələri verdik, yaxşılaşmadı, xəstəxanaya apardıq. Xəstəlik onun ağciyərlərinin 30 faizinə təsir etmişdi. Qızdırması və xəstəliyin ağır keçdiyi hallar yaşadıq. Nəticədə anam 108 yaşında koronanı  məğlub edə bildi. 

Turan